Biznes planların hazırlanması

← Xidmətlərimiz Biznes planların hazırlanması
Biznes planlar
FM CONSULTING

Biznes planların hazırlanması

FM Consulting MMC yeni layihələrin həyata keçirilməsi, mövcud biznesin genişləndirilməsi, investisiyaların cəlb edilməsi və maliyyələşmənin əldə olunması üçün biznes planlar hazırlayır. Bazar araşdırmasını, layihənin icra planını və maliyyə hesablamalarını birləşdirərək biznesin necə fəaliyyət göstərəcəyini, nə qədər vəsait tələb olunacağını və investisiyanın hansı şərtlərlə geri qayıdacağını müəyyənləşdirir.

Hər bir biznes plan fəaliyyət sahəsi, layihənin miqyası və sənədin təqdim ediləcəyi bankın, investorun, tərəfdaşın və ya şirkət rəhbərliyinin tələbləri nəzərə alınmaqla hazırlanır.

Biznes plana nələr daxildir?

1
Layihənin təsviri
Biznes modeli, məhsul və xidmətlər, məqsədlər və inkişaf mərhələləri.
2
Bazar təhlili
Tələbat, hədəf auditoriya, rəqiblər və bazara çıxış imkanları.
3
Marketinq planı
Qiymət siyasəti, satış kanalları, təşviqat tədbirləri və satış proqnozu.
4
İstehsal və əməliyyat planı
İş sahələri, avadanlıqlar, xammal, təchizatçılar, istehsal gücü və iş proseslərinin təşkili.
5
Təşkilati plan
İdarəetmə strukturu, ştat cədvəli və işçi heyəti üzrə xərclər.
6
İnvestisiya büdcəsi
Fəaliyyətə başlama, tikinti, avadanlıqların alınması və dövriyyə kapitalının formalaşdırılması üçün tələb olunan vəsait.
7
Maliyyə modeli
Satış gəlirlərinin, xərclərin, mənfəətin və pul vəsaitlərinin hərəkətinin proqnozu.
8
Səmərəliliyin və risklərin qiymətləndirilməsi
Zərərsizlik nöqtəsi, investisiyanın geriödəmə müddəti, investisiya cəlbediciliyi göstəriciləri və həssaslıq təhlili.

Hansı məqsədlər üçün hazırlanır?

Yeni müəssisənin yaradılması, yeni fəaliyyət istiqamətinin açılması, istehsalın modernləşdirilməsi, satış və xidmət şəbəkəsinin genişləndirilməsi, eləcə də maliyyələşmənin cəlb edilməsi üçün biznes planlar hazırlayırıq. Mövcud biznes üzrə hesablamalar şirkətin faktiki göstəricilərinə, yeni layihələr üzrə isə bazar araşdırmasına və əsaslandırılmış ilkin fərziyyələrə söykənir.

Zərurət olduqda layihənin inkişafı baza, optimist və konservativ ssenarilər üzrə təhlil edilir. Bu yanaşma satış həcminin, qiymətlərin və xərclərin dəyişməsinin mənfəətə, maliyyələşmə ehtiyacına və investisiyanın geriödəmə müddətinə təsirini qiymətləndirməyə imkan verir.

FM CONSULTING

Sifarişçi nə əldə edir?

Word və ya PDF formatında hazır biznes plan və Excel formatında redaktə edilə bilən maliyyə modeli təqdim olunur. Hesablamalarda ilkin məlumatlar, qəbul edilmiş fərziyyələr və göstəricilər arasındakı əlaqələr əks etdirilir. Bu, biznes inkişaf etdikcə maliyyə modelini yeniləməyə imkan verir.

İşlərin həcmi, xidmətin dəyəri və hazırlanma müddəti layihə və mövcud materiallar öyrənildikdən sonra fərdi qaydada müəyyən edilir.

FM Consulting MMC — biznes ideyasından əsaslandırılmış fəaliyyət planına.
Müraciət et