Daşınar əmlak

← Xidmətlərimiz Daşınar əmlak
Daşınar əmlak
AQP REYESTRİNƏ UYĞUN

Daşınar əmlakın qiymətləndirilməsi

Maşın və avadanlıqların, nəqliyyat vasitələrinin, xüsusi texnikanın və digər daşınar əmlakın dəyərinin müəyyən edilməsini əhatə edir. Qiymətləndirmə zamanı istehsal ili, texniki göstəricilər, komplektasiya, istismar şəraiti, fiziki və funksional köhnəlmə, həmçinin bazardakı oxşar təkliflər təhlil olunur.

Qiymətləndirmə obyektlərinə minik və yük avtomobilləri, tikinti və kənd təsərrüfatı texnikası, istehsal xətləri, tibbi və laboratoriya avadanlıqları, kompüter və rabitə avadanlıqları, mebel, hava və su nəqliyyatı vasitələri, heyvan və bitkilər daxildir. Xidmət alqı-satqı, girov, maliyyə hesabatlılığı, əmlak bölgüsü və digər məqsədlər üçün istifadə oluna bilər.