Azərbaycan Respublikasında fəaliyyət göstərən peşəkar qiymətləndirmə şirkəti
“FM Consulting” Məhdud Məsuliyyətli Cəmiyyəti 2011-ci ildə dövlət qeydiyyatından keçərək qiymətləndirmə və konsaltinq şirkəti kimi fəaliyyət göstərməkdədir.
Şirkət hüquqi və fiziki şəxslərə Azərbaycan Respublikasının «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanununa, Beynəlxalq Qiymətləndirmə Standartlarına (BQS) və əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq müxtəlif əmlak növlərinin və biznes layihələrinin qiymətləndirilməsini həyata keçirir.
İstənilən təşkilatlarda normativ qaydalara uyğun olaraq mal qalıqlarının və aktivlərin inventarlaşdırılmasını və məhsullar üzrə bazar araşdırmalarının aparılmasını təmin edir.
Fəaliyyət sahələrimiz
Müraciətlər üzrə əsas iş sahələrimiz.
Fəaliyyətimizin əsas göstəriciləri
Müstəqillik, obyektivlik və məxfilik
Hər qiymətləndirmə işində qərəzsizliyi, peşəkar etikanı və müştəri məlumatlarının qorunmasını əsas götürürük.
Qiymətləndirmə metodologiyası və prosesi
Müraciətdən rəsmi hesabata qədər hər mərhələ şəffaf və izlənilə bilən olur.
