← Xidmətlərimiz
Borclar və aktivlər
AQP REYESTRİNƏ UYĞUN
Kreditor borcların və digər öhdəliklərin, debitor borcların, material ehtiyatlarının və digər aktivlərin qiymətləndirilməsi
Müəssisənin borclarının, alacaqlarının, mal-material ehtiyatlarının və digər aktivlərinin dəyərinin müəyyən edilməsini əhatə edir. Debitor borclar üzrə ödəniş müddəti, gecikmələr, təminatlar və geri qaytarılma ehtimalı; öhdəliklər üzrə isə müqavilə şərtləri və gözlənilən ödənişlər təhlil olunur.
Xammal, hazır məhsul, satış üçün mallar, ehtiyat hissələri və digər ehtiyatlar qiymətləndirilərkən onların miqdarı, vəziyyəti, yararlılıq müddəti, bazar tələbi və satış imkanları nəzərə alınır. Xidmət maliyyə hesabatlılığı, borcların restrukturizasiyası, aktivlərin satışı və müəssisənin ləğvi kimi proseslərdə tətbiq oluna bilər.
DİGƏR İSTİQAMƏTLƏR
