Daşınmaz əmlak

← Xidmətlərimiz Daşınmaz əmlak
Daşınmaz əmlak
AQP REYESTRİNƏ UYĞUN

Daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi

Yaşayış, kommersiya və sənaye təyinatlı daşınmaz əmlakın, həmçinin torpaq sahələrinin dəyərinin müəyyən edilməsini əhatə edir. Əmlakın yerləşməsi, sahəsi, təyinatı, hüquqi statusu, texniki vəziyyəti, infrastruktura çıxışı və gəlir gətirmə imkanları nəzərə alınır.

Mənzillər, fərdi yaşayış və bağ evləri, ofislər, mağazalar, anbarlar, otellər, istehsal binaları, yarımçıq tikililər və müxtəlif təyinatlı torpaq sahələri bu istiqamətdə qiymətləndirilir. Nəticələr alqı-satqı, ipoteka və girov, investisiya, icarə münasibətləri, əmlak bölgüsü və maliyyə hesabatlılığı üzrə qərarları əsaslandırmağa kömək edir.